Dünya çempionatı: Azərbaycan komandası İran yığması ilə heç-heçə etdi
13 mart 2019 18:11 (UTC +04:00)

Dünya çempionatı: Azərbaycan komandası İran yığması ilə heç-heçə etdi

Martın 13-də Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının səkkizinci turunun oyunları keçirilib.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan millisi bu turda İran yığması ilə 2:2 hesablı heç-heçə edib.
 
Qeyd edək ki, ötən turda komandamızın Hindistan yığması ilə görüşü də eyni hesabla başa çatmışdı.
# 660
avatar

Oxşar yazılar