Azərbaycanın öz antivirus sistemi olacaq
13 mart 2019 17:09 (UTC +04:00)

Azərbaycanın öz antivirus sistemi olacaq

Azərbaycan proqramçılarının yaratdığı antivirus sisteminin ilkin Beta versiyası bu ilin ikinci yarısında təqdim olunacaq. Bu barədə ONA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
 
Söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından (“Multifunctional Analysis Program” – MAP) gedir, hansında ki, mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub.
 
Proqramın interfeysi üç (Azərbaycan, rus və ingilis) dillərini dəstəkləyəcək. Antivirus proqramının hazırlanması mərkəzin prioritet planlar sırasına daxildir.
 
MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.
# 620
avatar

Oxşar yazılar