[b]“Çıraqqala” abidəsinə 2 milyon ayrıldı - SƏRƏNCAM[/b]
13 mart 2019 17:06 (UTC +04:00)

[b]“Çıraqqala” abidəsinə 2 milyon ayrıldı - SƏRƏNCAM[/b]

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
 
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 milyon manatı Mədəniyyət Nazirliyinə ayrılıb.
# 566
avatar

Oxşar yazılar