[b]Repetitorluğun qarşısını NECƏ ALMAQ OLAR?[/b]
13 mart 2019 15:30 (UTC +04:00)

[b]Repetitorluğun qarşısını NECƏ ALMAQ OLAR?[/b]

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər.
 
Lent.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
 
İ.Həbibbəylinin sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının artırılması vacibdir”.
 
Komitə sədri Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi olaraq, işlərin aparıldığını deyib.
 
Qanun layihəsinin parlamentə III oxunuş üçün təqdim edilməsi qərara alınıb.
# 540
avatar

Oxşar yazılar