Hava kəskin dəyişəcək - <span style="color:red;">XƏBƏRDARLIQ
13 mart 2019 14:57 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

ETSN-dən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

 

Bölgələrə gəlincə, martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

# 860
avatar

Aygün İbrahimli

Oxşar yazılar