<b>Nəcməddin Sadıkov Bolqarıstanın müdafiə naziri ilə görüşüb - <span style="color:red;">FOTO </b>
13 mart 2019 14:58 (UTC +04:00)

Nəcməddin Sadıkov Bolqarıstanın müdafiə naziri ilə görüşüb - FOTO

Martın 13-də Sofiya şəhərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanov arasında görüş keçirilib.
 
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
 
 
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.
# 485
avatar

Oxşar yazılar