<b>“Kirkorovu öldürmək istəyirdik” – <span style="color:red;">Dağıstanlı İŞİD üzvündən ETİRAF </b> - <b>FOTO-VİDEO</b>
13 mart 2019 13:53 (UTC +04:00)

“Kirkorovu öldürmək istəyirdik” – Dağıstanlı İŞİD üzvündən ETİRAF - FOTO-VİDEO

Dörd Dağıstan vətəndaşı Filipp Kirkorovun 2017-ci ildə Mahaçqalada keçirilmiş konsertində terror aktı hazırlamaqda ittiham olunub. 
 
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyindən bildirilib.
 
Məlumata görə, təqsirləndirilən şəxslər İŞİD terror təşkilatının üzvləri olub. Xıdırnəbi Kazuyev, Həbibulla Xalduzov, Samir İbrahimov 2017-ci ilin yazında Mahaçqalada terror aktları törətməyi planlaşdırıblar və məkan kimi F.Kirkorovun konsert verdiyi salonu seçiblər. 
Sonradan onlara qoşulan Şamil Maqomedov isə planın gerçəkləşməsi üçün lazımi partlayıcılarla qrup üzvlərini təmin edib. 
 
Plan haqqında məlumatlı olan polis əməkdaşları şübhəli şəxsləri vaxtında zərəsizləşdirərərk terror aktının qarşısını ala bilib. 2017-ci ilin payızında isə dördüncü terrorçu saxlanılıb. 
 
Xıdırnəbi Kazuyev istintaqa ifadəsində bildirib ki, onların məqsədi tamaşaçıları deyil, məhz Kirkorovu öldürmək olub: “Əslində Kirkorovu öldürmək istəyirdik, lakin qərarımızdan vaz keçdik, daha çox insanın həlak ola biləcəyindən ehtiyatlandıq”.   
 
 
 

 

# 767
avatar

Oxşar yazılar