<b>Müğənni Əlikram Bayramov polisə çağırılıb - <span style="color:red;">SƏBƏBİ...</b>
13 mart 2019 13:41 (UTC +04:00)

Müğənni Əlikram Bayramov polisə çağırılıb - SƏBƏBİ...

Müğənni Əlikram Bayramov keçmiş prodüseri Əli Baxşızadəyə görə polisə çağırılıb. Lent.az-ın məlumatına görə, ifaçı bunu “Hər şey daxil” verilişində bildirib.

Dediyinə görə, 3 dəfə polis bölməsinə aparılıb: "350 minlik səhifəm var idi. Əvvəl saxta izləyici vurdurmuşdum, etiraf edirəm. Qəfildən "Youtube"um bağlandı, maraqlandım. Əli Baxşızadə mənim yerlimdir, onla görüşdük. Danışdım hadisəni ona. Dedilər, efirdən olan görüntülərimi yerləşdirdiyim üçün kanallar şikayət edib və bağlanıb.

Əli ilə çalışdıq, qayıtdı ki, bu səhifəni təsdiqlədim. Notariusda bunu təsdiqlətdim. Onunla da müqavilə bağladım. Dedi, nə vaxt istəsən, poza bilərsən. Mənim "Youtube"mu işlətdi, eyni zamanda prodüserlik etdi. 

Qəfildən Rusiyaya getdi. Ondan sonra mənə Daxili İşlər Nazirliyindən zəng edirlər və bölməyə çağırırlar. Getdim, dedilər ki, Əli Baxşızadə adlı prodüseriniz var? Əlaqə nömrəsini soruşdular, zəng çatmırdı. 

Bir neçə müğənni ondan Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıb. O, hakkerlik edib və bir çox səhifələri bağlatdırıb".

# 859
avatar

Yalçın UĞUR

Oxşar yazılar