<b>Afətdən <span style="color:red;">ŞOK QADAĞA : “Qaldırıb yerə çırpacam”  -<span style="color:red;"> EVİNDƏN YENİ VİDEO</b>
13 mart 2019 12:46 (UTC +04:00)

Afətdən ŞOK QADAĞA: “Qaldırıb yerə çırpacam” - EVİNDƏN YENİ VİDEO

İfa etdiyi “Pencu şeş” mahnısına görə müzakirə olunan müğənni Afət Fərmanqızı Lent.az-a müsahibə verib. O, müsahibəsində öncə mahnısının tənqid olunmasından danışıb, daha sonra bir çox məqamlardan söz açıb.

 

“Mən tənqidlərə sadəcə gülürəm. Məni müzakirə edənlərə hələ tam cavab verə bilməmişəm. Onlara gülürəm. Oğluma görə hələ tam cavab verə bilmirəm. Ürəyimdə qalır sözlərim. Yoxsa nə cavablar verərəm. Bəs edər daha. Əcəb edib oxumuşam. Mahnı oxuyuram. Başqa nəsə pis iş görürəm? Ən çox dəstəyi Rusiyada yaşayan azərbaycanlılarımızdan gördüm. Məni tənqid edənlərin heç birinin sənəti mənim sənətimdən üstün deyil”.

 

Afət şəxsi həyatından danışaraq bildirib ki, növbəti dəfə ailə qurmaq istəməz: “Sevmədən ailə qurdum, özüm boşandım. 16 yaşım var idi, ailə qurmaq üçün yaşım çatmırdı, həmin vaxt keçmiş həyat yoldaşım məni qaçırtdı. Məcbur olub, ailə qurdum. Amma bu evliliyi axıra qədər davam etdirmədim. 18 yaşımda da boşandıq. Boşanandan sonra keçmiş həyat yoldaşım ailə qurdu, indi uşaqları da var. Münasibətimiz də çox gözəldi. Evimə heç qohumlarım da gələ bilmir. Çünki evdə çox az oluram. Amma keçmiş baldızlarımla, qayınanamla bu yaxınlara qədər görüşürdüm. Keçmiş həyat yoldaşımın xanımı ilə də münasibətim çox yaxşıdır. Toyda rastlaşdıq, o, mənim, mən də onun balalarını öpdüm. Növbəti dəfə ana olmaq istəmərəm. Düşünürəm ki, 10 övladım olsa, Hüseynimdən yaxşı ola bilməyəcək”.

 

Müğənni gələcəkdə övladlığa uşaq götürmək istədiyini də diqqətə çatdırıb: “Efirlərdə kimsəsiz, atılmış övladla bağlı mövzu olanda, istəyirəm ki, həmin uşağı götürüm özüm saxlayım. Hər müğənni bir uşaq götürüb saxlasa, gör nə qədər kömək olar. Əgər o uşağa təhsil, tərbiyə verəcəksənsə, bütün tələblərini yerinə yetirəcəksənsə, niyə də yox. Mən o gücü özümdə hiss edirəm. İstərdim ki, qız uşağını övladlığa götürüm. Suriyada kimsəsiz olan uşaqlaran birini götürmək istərdim. Öz millətimizdə pis yaşayan yoxdu. Ən kasıbında mənim telefonumdan var. Azərbaycanda olan maşınlar, dəbdəbəli evlər heç yerdə yoxdur. Sonra da bəziləri buna ağız büzür. Bizi toylara kim aparır? Xalqımız. Bu pulları da xalq bizə verir. Varlarıdır ki, verir. Sadəcə, narazılıq edənlər istəyirlər ki, 1 yox, 5 maşını olsun. O qədər gözəl qanunlarımız var. Get sən də işlə, qazan və al”.

 

İfaçı bu gündən sonra onu müzakirə edən şou-biznes əhlinə qadağa qoyub: “Bu gündən sonra mənim “Pencu şeş” mahnımla bağlı hansısa sənət yoldaşım nəsə desə, bambaşqa şeylər edəcəm. Qaldırıb göyə, yerə çırpacam. Kimin ürəyi istəyir, buyursun. İşlərinə baxsınlar, daha bəsdir. Mənim səhvim bilirsiniz nədə oldu? Tərbiyəmi, əxlaqımı qorudum, alınmadı. Ola bilər ki, fəxri adım yoxdur, amma onlardan çox sevilirəm. Məsələn, məni toya istəyəndə fəxri adı olanları da təqdim edirəm, onları yox, məni istəyirlər”.

 

Müsahibənin ardına aşağıdakı videoda baxa bilərsiniz:

 

 

 

 

 

 

# 9359
avatar

Yalçın UĞUR

Oxşar yazılar