[b]Abbas Bağırova pul "atan" şəxs: "Arxadan baxaq ki..."[/b]
13 mart 2019 12:20 (UTC +04:00)

[b]Abbas Bağırova pul "atan" şəxs: "Arxadan baxaq ki..."[/b]

Əməkdar artist Abbas Bağırova və başqalarına qarşı dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən  Azər İsgəndərov bildirib ki, Orxan Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub.

 

" Xətai mənə dedi ki, pul lazımdı. Dedi ki, bir nəfər onu DİN-ə işə düzəldəcək. Biz Xətainin evinin yaxınlığında görüşdük. Xətai pulu məndən alıb 1000 manatını ayırdı. Sonra pulun üstünə 5 paçka yüzlük də qoyub Orxana verdi".

 

 

Prosesdə dindirilən Vəfa Nadirova qeyd edib ki, təqsirləndirilən Orxanın bacısı vasitəsilə tanış olub: “"Bacım bir dəfə məndən 1500 azn istəmişdi. Demişdi ki, pulu Orxanı müdafiə eləməsi üçün vəkilə verəcək. Xətai Yusibov məndən xahiş etdi ki, onun xeyrinə ifadə verim”. 

 

Bu zaman Orxanla Xətai arasında mübahisə başlayıb. Zərərçəkmiş Xətai təqsirləndirilən Orxanı yalan danışmaqda ittiham edib.

 

Orxan Mehrəliyev isə bunları deyib: "Bir bu Xətaini ayağa qaldırın yerisin. Ona arxadan baxaq ki, bu kimdir. Mən bunun nəyinə atacaqdım? Bu kimdir ki? Yalançı şahidləri üzümə qoyurdu, məni tutdurdu".

 

 

Məhkəmədə şahid İbrahim Əliyev də ifadə verib. O deyib ki, Abbas Bağırova məxsus qaraj indi onun adınadır.

 

Şahid bildirib ki, qaraja görə başlayan mübahisədən az da olsa məlumatı var: "Abbasla Orxanın münasibəti yaxşı idi. Bu münasibət pozuldu. Qaraj Orxanın adına idi. Sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim".

 

Qeyd edək ki, O.Mirəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib.

 

Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd verərək ondan 10 min manat pul alıb.

 

O.Mirəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini söz verib.

 

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini deyib.

 

O.Mirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırladaq ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.

 

# 512
avatar

Səlcuq Elçin

Oxşar yazılar