Şəhid hərbçilərimiz cəmiyyətə tanıdılır
13 mart 2019 11:55 (UTC +04:00)

Şəhid hərbçilərimiz cəmiyyətə tanıdılır

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətimizə tanıdılması” adlı layihəsi çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib.

Birlikdən Lent.az-a verilən məlumata görə, görüşlərdə Qarabağ qaziləri, müharibə veteranları, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin nümayəndəsi kapitan Ramin Qarayev, Ağdam rayon İcra Hakimiyyətinin  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin rəisi mayor Elxan Feyziyev, Bərdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Fəxrəddin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Əfran Nəbiyev, Ağdam Sosial İqtisad Kollecinin, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi, eləcə də həmin rayonlardan olan hərbi hazırlıq müəllimləri iştirak edib.

Layihə haqqında məlumat verən Birliyin sədri Emin Həsənli layihə çərçivəsində keçirilən görüşün əsas məqsədinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunmasından və gənclərimizdə vətənpərvərlik ruhunun artırılmasına yönələn tədbirlərin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan layihə rəhbəri, gələcəyimiz olan gənc nəslin vətənpərvər ruhda yetişdirmək, dövlətə, vətənə sadiq böyütməyin vətəndaş cəmiyyəti inistutlarının ümdə vəzifəsi olduğunu,  gənclərin vətənpərvər ruhda böyüməsi üçün torpaqlarımız uğrunda şəhid olmuş Vətən oğullarının həyat yolunun gənclər arasında təbliğ olunmasının olduqca vacib olduğunu bildirib.

Emin Həsənli bu gün Azərbaycanda həm şəhid ailələrinə, həm müharibə əlillərinə, həm məcburi köçkün ailələrinə, eləcə də əhalinin digər həssas qrupuna böyük qayğı ilə yanaşıldığını, bu məsələlərə birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin nəzarət etdiyini vurğulayaraq, bütün bunların ölkəmizdə əhalinin həssas qrupuna ən yüksək səviyyədə diqqət göstərildiyinin bariz nümunəsi olduğunu  bildirib.  

 


Digər çıxış edənlər də şəhid olan Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqların gənclərimizə təbliğ olunmasının onların vətənpərvər ruhda yetişmələrinə, sabahın döyüşkən və əzmkar əsgəri olmasına mühüm töhfələr verəcəyini vurğulayıblar.

 

Tədbirlərin sonunda sənədli film nümayiş olunub, layihə çərçivəsində hazırlanmış bukletlər görüş iştirakçılarına paylanılıb. 

 

Qeyd edək ki, layihə çərçivəsində daha iki görüş Bakı şəhərində keçiriləcək. 

 

 

 

# 513
avatar

Oxşar yazılar