Deputatdan Rusiyaya <span style="color:red;">TUTARLI CAVAB : "Hansı üzlə gəlirlər..."
13 mart 2019 11:15 (UTC +04:00)

Deputatdan Rusiyaya TUTARLI CAVAB: "Hansı üzlə gəlirlər..."

Rusiya XİN vətəndaşlarına Azərbaycanla bağlı çağırış etdikdən sonra millət vəkili Fazil Mustafa onlara sərt cavab verib. Lent.az həmin cavabı diqqətinizə çatdırır: 
 
"Rusiya xarici işlər nazirliyi erməni mənşəli vətəndaşlarına tövsiyə edib ki, Azərbaycana getməyin, başınıza işlər gələ bilər. Təbii ki, bunu siyasi mülahizələrlə ediblər və bəlkə də Azərbaycanla zaxarovasayağı zarafatlaşıblar. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur. Bunun cavabında Azərbaycan xarici işlər nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr. Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə on minlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz. Uzaqbaşı biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də İngilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik.
 
Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmazsa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək".
 
 
Qeyd edək ki, Rusiya XİN-nin mətbuat xidməti vətəndaşlarına "Azərbaycana səfər etməzdən öncə düşünməyi" tövsiyə edən açıqlama yayıb. Bu barədə İnformasiya və mətbuat departamentinin şərhində bildirilib.
 
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını qeyd edərək, Azərbaycanın Sərhəd Xidməti erməni millətinə düz və yaxud dolayısı yolla aid olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq ölkə ərazisinə buraxmamaqda davam edir".
 
Açıqlamada qeyd olunub ki, səbəb kimi bu insanların təhlükəsizliyi göstərilir.
 
"Azərbaycana gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycana etdiyi müraciətlər cavabsız qalır. Bu halları nəzərə alaraq Azərbaycana səfər öncəsi mümkün riskləri düşünməyi tövsiyə edirik”, - deyə məlumatda bildirilib.
# 1344
avatar

Oxşar yazılar