<b>"Amerika Məktəbi”nin rəhbərinin cinayət əməlləri: <span style="color:red;">77 ZƏRƏRÇƏKƏN </b>
13 mart 2019 11:04 (UTC +04:00)

"Amerika Məktəbi”nin rəhbərinin cinayət əməlləri: 77 ZƏRƏRÇƏKƏN

Dələduzluqda təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Lent.az-ın məlumatına görə, E.Məmmədzadənin cinayət işi üzrə toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.  

İş üzrə 77 zərərçəkmiş şəxs var.

Qeyd edək ki, E. Məmmədov Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

Məlumatda qeyd edilir ki,  ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.

Bildirilir ki, ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin vədini yerinə yetirməyən E.Məmmədzadə müxtəlif bəhanələrlə həmin insanları sakitləşdirib. Keçən ilin noyabr ayından isə nə tədris mərkəzinin, nə də E.Məmmədzadənin mobil telefonuna açılan zənglərə cavab verilməyib. Bundan sonra aldadılan şəxslərin bir qrupu  Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsinə müraciət edib və bundan sonra E.Məmmədzadə saxlanılıb.

# 439
avatar

Səlcuq Elçin

Oxşar yazılar