<b>Bakıda yenityetmə maşın qaçırdı</b>
13 mart 2019 10:46 (UTC +04:00)

Bakıda yenityetmə maşın qaçırdı

Bakıda maşın qaçıran şəxs saxlanılıb.
 
 
​DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.
 
 
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.
​Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
# 428
avatar

Səlcuq Elçin

Oxşar yazılar