[b]Nəhayət ki, Ronaldo Messiyə çatdı - Het-trik sayında[/b]
13 mart 2019 10:27 (UTC +04:00)

[b]Nəhayət ki, Ronaldo Messiyə çatdı - Het-trik sayında[/b]

 
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasında 8-ci het-trikə imza atıb.
 
ONA-nın məlumatına görə, portuqaliyalı hücumçu 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyununda fərqlənib.
 
İspaniya təmsilçisinin qapısına vurduğu üç qolla komandasına 3:0 hesablı qələbə qazandıran Ronaldo Turin klubunun 1/4 finala yüksəlməsində əsas pay sahibi olub. 8-ci het-triki rəsmiləşdirən forvard bu göstəricidə “Barselona”nın argentinalı ulduzu Lionel Messiyə çatıb. Hərəyə 8 het-trik edən bu iki futbolçunun ən yaxın izləyiciləri isə 3 dəfədən artıq fərqlənməyib.
 
Kriştianu “Atletiko”nun qapısından keçirdiyi qolların ümumi sayını 25-ə çatdırıb. Madrid klubunun qənimi olan portuqaliyalı karyerası ərzində yalnız bir komandanı – “Sevilya”nı daha çox məyus edib. Bu rəqibin qapısına 27 qol vuran Ronaldo “Xetafe”ni 23 dəfə məyus edib.
# 848
avatar

Oxşar yazılar