<b><span style="color:red;">DİN : Bir gündə 40 nəfər həbs edildi</b>
13 mart 2019 10:01 (UTC +04:00)

DİN: Bir gündə 40 nəfər həbs edildi

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin  üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.  

 Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

 

# 397
avatar

Səlcuq Elçin

Oxşar yazılar