[b]Ronaldodan Simeoneyə qeyri-etik cavab - VİDEO[/b]
13 mart 2019 09:57 (UTC +04:00)

[b]Ronaldodan Simeoneyə qeyri-etik cavab - VİDEO[/b]

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin qalmaqala səbəb olan jestinə cavab verib.
 
Lent.az-ın qol.az-a istinadən məlumatına görə, o,  Çempionlar Liqasının 1/8 finalında Madrid klubu  ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi  hərəkəti təkrarlayıb.
 
Qeyd edək ki, D.Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına vurulan ilk qol sevincini qeyri-etik şəkildə qeyd etmişdi. Bu hərəkətinə görə o,UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.
# 671
avatar

Oxşar yazılar