Boeing təyyarələrinin çoxu uçuşları dayandırıb - QADAĞA
13 mart 2019 09:20 (UTC +04:00)

Boeing təyyarələrinin çoxu uçuşları dayandırıb - QADAĞA

Boeing 737 MAX təyyarələrinin uçuşlarına olan qadağaya Avropa da qoşulub. 
 
ONA-nın “Vedomosti”ya istinadən yaydığı xəbərə görə, Avropa Uçuş Təhlükəsizliyi Agentliyi Boeing 737 MAX təyyarələrinin qitə üzərindən uçuşlarına qadağa qoyub. 
 
Öncə dunyanın bir çox ölkəsi və aviaşirkəti bu qadağaya qoşulub. Bu da həmin markalı təyyarələrin yarıdan çoxunu təşkil edir. 
 
Boeing 737 MAX – “737” seriasının 4-cü nəslidir və 2017-ci ildən istismara verilib.
# 502
avatar

Oxşar yazılar