Dostu bıçağı ürəyinin başına sancdı - VİDEO
13 mart 2019 09:08 (UTC +04:00)

Dostu bıçağı ürəyinin başına sancdı - VİDEO

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
ONA-nın məlumatına görə, Sahil qəsəbəsində 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov ONA-ya verdiyi müsahibədə bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir.
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 
 
Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.
# 582
avatar

Oxşar yazılar