Zakir Həsənov bayramı əsgərlərlə birlikdə qeyd etdi - FOTO - VİDEO
12 mart 2019 23:38 (UTC +04:00)

Zakir Həsənov bayramı əsgərlərlə birlikdə qeyd etdi - FOTO - VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən nazir Zakir Həsənov bayram şənliyinə qatılıb, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
 
Görüşdə daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.
# 965
avatar

Oxşar yazılar