“Shevrolet” 67 yaşlı kişini vurub öldürdü
12 mart 2019 23:04 (UTC +04:00)

“Shevrolet” 67 yaşlı kişini vurub öldürdü

Beyləqanda yol-nəqliyyat hadisəsində piyada ölüb
Beyləqanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə Beyləqan şəhərinin mərkəzi küçəsində baş verib.
 
“Shevrolet” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Beyləqan rayon sakini 1952-ci il təvəllüdlü Nağıyev Tofiq Şaşan oğlunu vurub.
 
Zərər çekən kəllə-beyin travması ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyib.
# 508
avatar

Oxşar yazılar