[b]Bayram tonqalı böyük yanğına səbəb oldu - FOTO[/b]
12 mart 2019 22:40 (UTC +04:00)

[b]Bayram tonqalı böyük yanğına səbəb oldu - FOTO[/b]

Mingəçevirdə yeni 1-ci köçkün şəhərciyinə bitişik ərazidə tonqal kimi qalanan ocaq böyük yanğına səbəb olub.
 
ONA-nın xəbərinə görə, bayram tonqalının odu ətraf ərazidə ki qamışlığa keçib. 
 
Yanğın böyük əraziyə yayılıb. Yanğının tüsütüsü hətta şəhər mərkəzindən müşahidə edilib.
 
Şəhər FHN-nin yanğınsöndürmə briqadaları çevik müdaxilə ilə yanğının böyüməsinə və yaşayış sektoruna keçməsinə imkan verməyib.
 
Hal hazırda yanğın tamam söndürülüb. 
# 757
avatar

Oxşar yazılar