<b>I siniflərə <span style="color:red;">sənəd qəbulu başladı </b> - VİDEO
13 mart 2019 08:47 (UTC +04:00)

I siniflərə sənəd qəbulu başladı - VİDEO

Bu gündən 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Bu barədə Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

# 645
avatar

Aygün İbrahimli

Oxşar yazılar