<b>I sinfə qəbulla bağlı<span style="color:red;"> videotəlimat </b>
12 mart 2019 18:19 (UTC +04:00)

I sinfə qəbulla bağlı videotəlimat

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

 

Verilən məlumata görə, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb.

 

 

 

 

 

 

 

 

 

# 702
avatar

Aygün İbrahimli

Oxşar yazılar