<b>İlham Əliyev Roma Papasını təbrik edib</b>
12 mart 2019 18:03 (UTC +04:00)

İlham Əliyev Roma Papasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərini təbrik edib.
 
ONA xəbər verir ki, təbrikdə deyilir:
 
 
“Zati-müqəddəsləri, Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər eyni zamanda dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.
 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm”.
# 613
avatar

Oxşar yazılar