<b> Xərçəng olan jurnalist Tahirənin <span style="color:red;">SON HALI  - Oğlu gəldi...</b>
12 mart 2019 17:49 (UTC +04:00)

Xərçəng olan jurnalist Tahirənin SON HALI - Oğlu gəldi...

Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Tahirə Məmmədqızından xəbər var. Lent.az-a açıqlama verən jurnalist bildirib ki, əməliyyatı uğurla yekunlaşıb və bu gündən evə buraxılıb: “Artıq 9 gündür ki, əməliyyatdan çıxmışam. Özümü yaxşı hiss edirəm. Məni bu həyata həkimim qaytardı, özü də hər şeyi təmənnasız etdi. Vəziyyətim çox pis idi, qanaxmalarım olmuşdu. Əməliyyata girəndə 43 kilo idim, artıq 9 günə 3 kilo kökəlmişəm. Bu gündən sonra mütəmadi həkim nəzarətində olmalıyam. Yenidən dünyaya gəlmiş kimiyəm. Buna görə də Allahıma şükür edirəm”.

 

Daha sonra jurnalisti əməliyyat edən həkim danışıb: “Hər şey geridə qaldı. İki aya yaxın idi ki, Tahirə xanımın bu xəstəliyi ilə məşğuluq. Bu elə xəstəlikdir ki, bütün müayinə etaplarını keçmək vacibdir. Çünki diaqnozu qoymaq asan məsələ deyil. Müayinələr nəticəsində diaqnoz təsdiqləndi. Sonda qərar verdik ki, əməliyyat olunmalıdır. Hər şey uğurla keçdi. Amma bundan sonra mütləq 6 aydan bir nəzarətimizdə olmalı, müayinələrdən keçməlidir”.

 

Tahirə bildirib ki, onu xəstəxanadan çıxartmaq üçün oğlu Elşən hərbi xidmətdən məzuniyyətə çıxıb: “Əməliyyat olunacağım günü oğluma deməmişdim. Bütün proseslər geridə qalandan sonra onunla əlaqə saxladım. Bu gün də məni xəstəxanadan çıxartmağa gəlib”.

 

Jurnalistin oğlu Elşən də anasıyla bağlı danışıb: “Həyatda ən böyük arzum anamın can sağlığıdır. Digər şeylər boşdur”.

 

Qeyd edək ki, Tahirə Məmmədqızı ginekoloji onkologiyadan əziyyət çəkirdi. Onun uşaqlıq orqanında 7 ədəd şiş götürülüb.

 

 

# 11528
avatar

Yalçın UĞUR

Oxşar yazılar