[b]Azərbaycana üç il ərzində 10 ədəd "Boeing" gətiriləcək - Cahangir Əsgərov[/b]
12 mart 2019 16:48 (UTC +04:00)

[b]Azərbaycana üç il ərzində 10 ədəd "Boeing" gətiriləcək - Cahangir Əsgərov[/b]

"Azərbaycan Respublikasının milli aviadaşıyıcısı Boeing-737 MAX-8 təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı ilə əlaqədar “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır".
 
ONA-nın xəbərinə görə, bunu “AZAL”ın prezidenti Cahangir Əsgərov bildirib. O qeyd edib ki, “Boeing 737 MAX-8" hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqam müəyyənləşib - hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb: "Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.
 
Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə "Boeing" korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd "Boeing 737 MAX-8" tipli təyyərə gətiriləcək.
 
"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq", – deyə  Cahangir Əsgərov bildirib.
 
Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boeing 737 MAX-8" tipli təyyərələrin istismarını müvəqqəti dayandırdığını bildirib.
# 523
avatar

Oxşar yazılar