[b]Qohum olmayan şəxslərin də donor olmasına icazə veriləcək[/b]
12 mart 2019 16:03 (UTC +04:00)

[b]Qohum olmayan şəxslərin də donor olmasına icazə veriləcək[/b]

“Layihədə sağlığında donor olmasını vəsiyyət etmiş, donor olmaq istəyənlərin reyestrinin aparılması əksini tapıb. Layihəyə transplantoloqların reyestrinin aparılması barədə maddənin də daxil edilməsi təklif olunub və bu məsələ də müzakirə edilə bilər”.
 
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələr zamanı Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.
 
M.Quliyev qeyd edib ki, şəxs sağlığında razılıq veribsə, beyin ölümü keçirən zaman orqanlarından transplantasiya məqsədilə istifadə edilə bilər: “Əgər belə razılıq verməyibsə, orqanlarından transplantasiya məqsədilə istifadə edilib-edilməməsi barədə vəsiyyəti yoxdursa, bu halda yaxınlıqdakı doğma bir şəxsin razılığı kifayət edə bilər. Bütün övladlarının razılığının alınması kimi təkliflər də vardı, ancaq bunu məqbul saymırıq”.
 
Səhiyyə komitəsinin sədr müavini Azərbaycanda xüsusən gənc insanların qəfil ölümü zamanı orqanlarının götürülməsinə yanaşmanın müsbət qarşılanmadığını söyləyib: “Ona görə bu sahədə QHT-lər tərəfindən də maarifləndirmə işləri aparılmalıdır”.
 
Qanun layihəsində qohum olmayan şəxslərin də donor olmasına icazə verilməsi əksini tapıb.
# 404
avatar

Oxşar yazılar