[b]Xaçmazda meşə yanğını[/b]
12 mart 2019 15:48 (UTC +04:00)

[b]Xaçmazda meşə yanğını[/b]

Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.
 
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
 
Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
# 324
avatar

Oxşar yazılar