<b>Baş redaktora<span style="color:red;"> ŞƏRTİ CƏZA TƏLƏBİ </b>
12 mart 2019 15:26 (UTC +04:00)

Baş redaktora ŞƏRTİ CƏZA TƏLƏBİ

"Criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Anar Məmmədovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə cəza təyin edilməsini istəyib.

Proses martın 15-də davam edəcək.

Qeyd edək ki, A.Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

# 610
avatar

Səlcuq Elçin

Oxşar yazılar