[b]Bakının bu küçəsi yenidən qurulub[/b]
12 mart 2019 15:23 (UTC +04:00)

[b]Bakının bu küçəsi yenidən qurulub[/b]

Xətai rayonu Neapol küçəsi yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a billdirilib ki, küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

 

Uzunluğu 800 metr, eni isə 24 metr olan Neapol küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma və bərpa işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun əsas hissəsinin deformasiyaya uğramış yerləri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və bərpa edilib.

 Yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

 

Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub.

 

Texnoloji ardıcıllığa uyğun olaraq, küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənib. Asfaltlanma işləri ümumilikdə, 25 min kv.m sahəni əhatə edib.

 

Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb.

 

Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edib. 

 

 

# 772
avatar

Aygün İbrahimli

Oxşar yazılar