<b>Dörd klub cəzalandırıldı -<span style="color:red;"> RƏSMİ </b>
12 mart 2019 15:19 (UTC +04:00)

Dörd klub cəzalandırıldı - RƏSMİ

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Lent.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” – “Səbail” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimələnib.

 

“Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 4, qonaqlar 8 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 800 manat cərimə ödəməlidir.

 

Sumqayıt təmsilçisinin qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq diskvalifikasiya olunub və klubunu 2400 manat ziyana salıb.

 

Qarşılaşmanın 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırılan “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasovun cəzası isə 1 oyun və 800 manat olub. Görüşün 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimələnib.

# 674
avatar

Səlcuq Elçin

Oxşar yazılar