<b>DTX-nın həbs etdiyi baş redaktor <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA </b>
12 mart 2019 11:51 (UTC +04:00)

DTX-nın həbs etdiyi baş redaktor MƏHKƏMƏ QARŞISINDA

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatətlə çıxış edərək müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini və cinayət işinə xitam verilməsini istəyib.

 

Vəsatət yazılı şəkildə olmadığı üçün proses martın 13-dək təxirə salınıb.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlu tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

 

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

 

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

 

Cinayət işində 6 zərərçəkmiş var.

# 435
avatar

Səlcuq Elçin

Oxşar yazılar