Ekoloji vəziyyətlə bağlı deputatdan nazirə MÜRACİƏT
12 mart 2019 11:42 (UTC +04:00)

Ekoloji vəziyyətlə bağlı deputatdan nazirə MÜRACİƏT

Deputat Elmira Axundova ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət edib.
ONA-nın məlumatına görə, E.Axundova bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib ki, Bakıda ekoloji vəziyyət dözülməzdir.
O bildirib ki, bu il bronxit olmayan insan qalmayıb: “Bakıda ekoloji vəziyyət dözülməzdir. Bakı bulvarında neft iyindən başqa heç bir iyi gəmir. Yaxud Ağ Şəhərdən hansı qoxular gəlir? Kustar üsulla fəaliyyət göstərən müəssisələr ekoloji mühitə böyük zərbələr vurur. Mən ekologiya və təbii sərvətlər nazirinə müraciət edirəm ki, bu məsələlərə nəzarət, diqqət daha da artırılsın”.
Komitə sədri Hadi Rəcəbli isə bu məsələlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətində olduğunu söyləyib: “Bu məsələdə həm də bir tandem tapılmalıdır ki, sahibkarın da qapısı bağlanmasın, sahibkarlıq da inkişaf etsin”.
Deputat Musa Qasımlı da ekoloji məsələlərə diqqət artırılmalı olduğunu vurğulayıb: “Biz həm də problemlərin həll yolu ilə bağlı təkliflərlə çıxış etməliyik”.

# 529
avatar

Oxşar yazılar