[b]Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü  -<span style="color:red;"> VİDEO [/b]
12 mart 2019 11:32 (UTC +04:00)

[b]Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü - VİDEO[/b]

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Kəndə kitab” təşəbbüsüylə çıxış edib.
 
Lent.az-ın xəbərinə görə, martın 9-da Kitabevim.az-da keçirilən bir tədbirdə çıxış edən Azər Həsrət qeyd edib ki, indi kitabların tirajı yüksək olmadığı üçün bir çox kənd kitabxanaları yeni ədəbiyyat ala bilmir.
 
“Düşünürəm ki, kənd kitabxanalarının ən yeni ədəbiyyatla təmin edilməsində biz də yardımçı olmalıyıq. Ona görə də hər kəsi öz kəndinin, elinin kitabxanasına müəlliflərin imzasıyla kitab bağışlamağa çağırıram”, – deyə o bildirib.
 
Kənan Hacının “Sonuncu dərviş” adlı yeni romanının təqdimatında etdiyi bu çıxışa Azər Həsrət onu da əlavə edib ki, təşəbbüsü irəli sürməklə bərabər ilk addımı da özü atır. O, bunun üçün Kənan Hacının yeni kitabını öz doğma kəndinin kitabxanası üçün imzalatdırdığını deyib.
 
“Mən təşəbbüsü irəli sürməklə bərabər dərhal da əmələ keçirəm. Artıq dostumuz Kənan bəydən yeni kitabını mənim doğma Dədəli kəndimin kitabxanası üçün imzalamağı xahiş etmişəm”, – deyən Azər Həsrət bu yolla yeni bir hərəkat başlayacağına əmindir.

# 635
avatar

Oxşar yazılar