<b>Nazirlikdən <span style="color:red;">TONQAL XƏBƏRDARLIĞI </b>
12 mart 2019 11:37 (UTC +04:00)

Nazirlikdən TONQAL XƏBƏRDARLIĞI

Novruz bayramı günlərində tonqal qalayan şəxslər, müəssisələr yanğınsöndürən vasitələri də əl altında saxlamalıdırlar.

Lent.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

Onun sözlərinə görə, yandırılan tonqaldan ətrafa bir qığılcım düşərsə, yanğın təhlükəsi yaranarsa, təlaşlanmaq yerinə yanğınsöndürən vasitələrlə yanğını söndürmək lazımdır.

Şöbə rəisi görülən profilaktik tədbirlərdən də danışıb. Qeyd edib ki, tədbirlərin kütləvi şəkildə keçiriləcəyi yerlər əvvəllcədən müəyyənləşdirilib: “Əhalinin kütləvi şəkildə toplaşacağı yerlər tərəfimizdən müəyyənləşdirilib. Həmin ərazilərdə yanğın təhlükəsi yarada biləcək nöqsanlar aşkar olunduğu təqdirdə rayon icra hakimiyyətlərinə, həmin tədbiri təşkil edən müəssisə və təşkilatların rəhbərlərinə məktublar göndərilir və bu barədə məlumat verilir. Maarifləndirici söhbətlər aparılır”.

T.Babayev onu da vurğulayıb ki, bayram günlərində yandırılacaq tonqalların ətrafına toplaşacaq insanların xüsusilə azyaşlı uşaqlara qarşı daha diqqətli olmaları tövsiyə olunur.

# 745
avatar

Aygün İbrahimli

Oxşar yazılar