<b>Bakıda mağazadan oğurluq oldu</b>
12 mart 2019 11:20 (UTC +04:00)

Bakıda mağazadan oğurluq oldu

Paytaxtın Nizami rayonu ərazisində mağazadan oğurluq etmiş dəstə üzvləri saxlanılıb.
 
DİN Mətbuat Xidmətindən  Lent.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 75 manat pul və 2300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gədəbəy rayon sakini Y.Həmzəyev, əvvəllər məhkum olunmuşlar - Qəbələ rayon sakini H.Yusibov, Xaçmaz rayon sakinləri F.Nurməmmədov və T.Muxtarov saxlanılıb.
 
Araşdırma aparılır.
# 407
avatar

Səlcuq Elçin

Oxşar yazılar