<b>Keçmiş məhkum tiryəklə tutuldu</b>
12 mart 2019 11:07 (UTC +04:00)

Keçmiş məhkum tiryəklə tutuldu

Nardaran sakini həbs edilib.
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.
 
Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.
 
Araşdırma aparılır.
# 397
avatar

Səlcuq Elçin

Oxşar yazılar