<b>Nadir Qafarzadə aparıcılıq etdi - <span style="color:red;">Nazəninin yerinə  - <span style="color:red;">Video</b>
12 mart 2019 10:37 (UTC +04:00)

Nadir Qafarzadə aparıcılıq etdi - Nazəninin yerinə - Video

Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaları müğənnilər Nadir Qafarzadə, Əlikram Bayramov, Əflatun Qubadov, Elşad Əzizi, Zahidə Günəş, Yeganə Mürsəlova, Şəbnəm Tovuzlu və aşıq Telli Borçalı olub. Veriliş 8 mart Beynalxalq Qadınlar gününə həsr edilib. Bu dəfəki proqramı müğənni Nadir Qafarzadə ilə prodüser Pərviz Fəqan aparmalı olub. Qafarzadə bildirib ki, veriliş 8 mart gününə həsr olunduğu üçün verilişin aparıcılığını bir günlük Nazənin xanımdan təhvil alıb: “Düşündüm ki, bir gün Nazənin xanım istirahət eləsin. Əvəzində prodüser Pərvizlə mən verilişi təqdim edim”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 

# 800
avatar

Yalçın UĞUR

Oxşar yazılar