<b>Azərbaycanda bir gündə yol terroru:<span style="color:red;"> 6 ölü, 7 yaralı </b>
12 mart 2019 10:14 (UTC +04:00)

Azərbaycanda bir gündə yol terroru: 6 ölü, 7 yaralı

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayətin  üstü “isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
  
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 
 
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
 
# 381
avatar

Səlcuq Elçin

Oxşar yazılar