“Neftçi”nin futbolçusu milli komandasına dəvət aldı
12 mart 2019 09:53 (UTC +04:00)

“Neftçi”nin futbolçusu milli komandasına dəvət aldı

Futbol üzrə Haiti milli komandasının heyəti açıqlanıb. ONA-nın məlumatına görə, mərkəzi amerikalıların KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində keçirəcəyi son matçına 22 futbolçu çağırılıb.
Kuba ilə martın 24-də evdə olacaq qarşılaşmaya dəvət alanlar arasında “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar da var. Bu komandanın ölkəmizdə çıxış edən digər üzvü Donald Gerye isə heyətdən kənarda qalıb. “Qarabağ”ın futbolçusunun yığmaya çağırılmamağının səbəbi cəzalı durumda olmasıdır.
Qeyd edək ki, “Neftçi”nin 29 yaşlı yarımmüdafiəçisi millidə keçirdiyi 14 matçda 2 qol vurub.
# 537
avatar

Oxşar yazılar