Elməddin türkiyəli məşhurlarla eyni filmdə - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
12 mart 2019 09:32 (UTC +04:00)

Elməddin türkiyəli məşhurlarla eyni filmdə - FOTO - VİDEO

Türkiyə və Azərbaycanın birgə istehsalı olan “Çat Kapı aşk” filminin təqdimat mərasimi keçirilib.
 
Lent.az axşam.az-a istinadən xəbər verir ki, təqdimatdan öncə keçirilən media nümayəndələri ilə görüşdə Türkiyənin məşhur aktyorları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.
 
Cəfər Axundzadə bildirib ki, filmin İstanbulda çəkilməsinə səbəb Azərbaycan kinosunun coğrafiyasını genişləndirməkdir:
 
“Türkiyə qardaş ölkə olduğundan dillərin oxşarlığı işimizi daha da rahatlaşdırdı. İlk Azərbaycan filmi olacaq ki, ölkəmizlə yanaşı, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunacaq. Bu film həm də ölkədən kənarda çəkdiyimiz ilk ekran işimizdir. Çəkilişlər bir aydan çox çəkdi, ancaq ortaya gözəl nəticə çıxdığına inanıram".
 
Nergis Kumbasar Bakıya üçüncü dəfə gəldiyini bildirib:
 
"İlk dəfə işlə əlaqəli burada olmuşam. İkinci dəfə qızım və yaxın rəfiqəmlə tətil üçün gəldik. İndi də qala üçün gəlmişəm. Hər dəfəsində Bakı o qədər xoşuma gəlir ki, bütün dostlarıma, yaxınlarıma bura gəlməyi məsləhət görürəm. Paytaxtın mənə bu qədər doğma gəlməsi təsadüfi deyil. Çünki babam azərbaycanlı, nənəm isə rus olub. İnsanlarınız olduqca mehribandırlar".
 
 
Qeyd edək ki, filmin rejissoru Erhan Baytimurdur, musiqisi Aynur Axundzadə və Rüstəm Zeynallıya aiddir, ssenari müəllifləri Deniz Güney və Nesrin Zamurdur.
 
Filmdə baş rolları Jess Molho, Müge Boz, Nergis Kumbasar və Elməddin Cəfərov canlandırıb.
 
Onu da bildirək ki, ekran işində Azərbaycan mahnıların istifadə olunması da diqqətdən yayınmayıb.
 

 

 
 
 
 
 
 

 

# 840
avatar

Oxşar yazılar