[b]Atəşkəs 29 dəfə pozulub[/b]
12 mart 2019 09:19 (UTC +04:00)

[b]Atəşkəs 29 dəfə pozulub[/b]

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.
 
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
 
 
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Şirvanlı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
# 553
avatar

Oxşar yazılar