“Ronaldonu kimin əvəzləyə biləcəyi barədə hələ düşünməmişəm” - Zinəddin Zidan
12 mart 2019 09:11 (UTC +04:00)

“Ronaldonu kimin əvəzləyə biləcəyi barədə hələ düşünməmişəm” - Zinəddin Zidan

“Komanda ilə hər şeyi qazandıqdan sonra dəyişikliklərə ehtiyac var idi. Bu üzdən “Real”dan getmişdim”. ONA-nın məlumatına görə, bu sözləri İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.
 
2018-ci ilin mayında ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olduğu Madrid təmsilçisinin baş məşqçisi postundan ayrılan mütəxəssis yenidən La Liqa klubuna qayıdıb. Təxminən 10 aydan sonra “Real”ın “sükanı arxası”na keçən Zidan dönüşünü klub prezidenti Florentino Peresin istəyi ilə izah edib: “İndi  qayıdıram. Çünki məni prezident çağırıb. Ən əsası odur ki, on aylıq yoxluğumdan sonra işimə dönmək istəyirəm. Yaxın bir neçə ildə hər şey dəyişməlidir. Amma indi məsələ bunda deyil. “Real”dan ayrılandan müsahibə verməmişəm. Sizə onu deyim ki, klub prezidenti mənə zəng edəndə “yox” deyə bilmədim. Bu müddətdə öz işlərimlə məşğul olub, batareyamı enerji ilə yenilədim. İndi yenə işimə hazıram”.
Zidan ötən ilin yayında “Real”ı tərk edən portuqaliyalı ulduz Kriştianu Ronaldonun geri dönməsi ilə bağlı sualı da cavablandırıb: “İndi Kriştianu Ronaldonun “Real”a qayıtması barədə danışmaq vaxtı deyil. Ronaldo “Real”ın tarixidir və bunu dəyişmək olmaz. Mən onu kimin əvəzləyə biləcəyi barədə hələ düşünməmişəm. İndi sadəcə qayıdışıma sevinirəm. Qarşıda 11 oyunumuz var. Ardınca növbəti mövsümə hazırlaşmağa başlayacağıq”.
Qeyd edək ki, Zidanın “Real”la yeni müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.
# 511
avatar

Oxşar yazılar