Azərbaycanlı müğənni maşını beton arakəsməyə çırpdı: yerindəcə keçindi - <span style="color:red;">VİDEO
12 mart 2019 08:55 (UTC +04:00)

Azərbaycanlı müğənni maşını beton arakəsməyə çırpdı: yerindəcə keçindi - VİDEO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
 
ONA-nın məlumatına görə, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “Kia” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerində keçinib.
 
Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, sürücü spirtli içkinin təsiri altında avtomobili idarə edirmiş.
 
Məlumata görə, Ş.Paşayeva müğənni kimi fəaliyyət göstərirmiş.

# 3060
avatar

Oxşar yazılar