Azərbaycanda daha bir piyada yolda can verdi
11 mart 2019 23:31 (UTC +04:00)

Azərbaycanda daha bir piyada yolda can verdi

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ONA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
 
Bildirilir ki, yolu keçmək istəyən orta yaşlı kişini avtomobil vurub. Ağır xəsarətlər alan piyada sürücünün özü tərəfindən xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb
# 869
avatar

Oxşar yazılar