Beynində 25 şiş tapıldı: özünü belə xilas edti
11 mart 2019 22:59 (UTC +04:00)

Beynində 25 şiş tapıldı: özünü belə xilas edti

Beyin şişləri, digər orqanlarda rast gəlinən xərçənglərin beyinə yayılmış formaları ən təhlükəli hallardan sayılır. Bu, çox zaman çıxılmaz durum hesab edilir.

Amma İngiltərədə baş verən hadisə bunun hər zaman belə olmadığını deməyə əsas verir. İngiltərədə yaşayan 45 yaşlı Heidi Spence adlı qadının beynində müayinələr zamanı 25 şiş aşkarlanıb. 

Sağ ayağında uyuşma hiss edən qadın müxtəlif müayinələrə cəlb olunub. Əvvəlcə onun beynində çoxlu sayda - 25 ədəd şiş aşkarlanıb. Müayinələr əsnasında məlum olub ki, qadın ağciyər xərçəngindən əziyyət çəkir və həmin problem beyinə və sümüklərə metastaz verib. Qadına cəmi 6 ay ömrünün qaldığı deyilib. Xəstə isə ümidsizliyə qapılmayıb, internetdən məlumatlar toplamağa, müalicə yollarını araşdırmağa başlayıb. Heidi hansı dərmanların onun xəstəliyinə daha yaxşı kömək edəcəyini tam olaraq öyrənmək üçün yeni bir test edib.

İngiltərənin qabaqcıl xərçəng mərkəzlərindən birində edilən testin nəticəsində qadının beş geninin mutasiyaya uğradığı məlum olub. Onlardan ikisi üçün müalicə tapılıb.

Üç ay ərzində beyində olan şişlər yoxa çıxıb, sümük və ağciyərlərdə olan şişlərdə isə kiçilmə müşahidə olunub.

 

e-tibb.az

# 756
avatar

Oxşar yazılar