26 il bundan əvvəl evdən çıxan atasını indi axtarır - <span style="color:red;">POLİSƏ MÜRACİƏT
11 mart 2019 22:42 (UTC +04:00)

26 il bundan əvvəl evdən çıxan atasını indi axtarır - POLİSƏ MÜRACİƏT

Bakıdan Rusiyaya gedən kişi itkin düşüb.
 
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinə paytaxtın Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllə, ev B, mənzil 8-də yaşayan Kamal Rafiq oğlu Hacıyev müraciət edib.
 
K.Hacıyev müraciətində bildirib ki, onlarla birlikdə yaşayan atası, 1948-ci il təvəllüdlü Rafiq Ağa oğlu Hacıyev 1993-cü ildə Rusiya Federasiyasının Rostov şəhərinə gedib və bu günə qədər onunla əlaqə saxlamaq mümkün olmayıb.
 
Faktla bağlı araşdırmalara başlanıb.
# 584
avatar

Oxşar yazılar