Zidan yenə “Real”a qayıdıb
11 mart 2019 22:33 (UTC +04:00)

Zidan yenə “Real”a qayıdıb

 
İspaniyanın “Real” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşib. ONA-nın məlumatına görə, Madrid təmsilçisi cari mövsümün gedişində bu postda Xulen Lopeteqini əvəzləyən Santyaqo Solarini istefaya göndərib.
“Kral klubu” bu vəzifəyə fransalı mütəxəssis Zinəddin Zidanı təyin edib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb.
Ötən ilin mayında ardıcıl üçüncü dəfə “Real”ın baş məşqçisi kimi UEFA Çempionlar Liqasını qazandıqdan sonra istefa verən 47 yaşlı çalışdırıcı 10 aydan sonra “Kral klubu”na qayıdıb. Bu müddətdə Zidan heç bir komandada çalışmasa da, adı bir sıra komandalarla hallanıb. “Real” isə qısa müddətdə iki baş məşqçi – Lopeteqi və Solarini yola salıb.
Qeyd edək ki, cari mövsümdə həm UEFA Çempionlar Liqası, həm İspaniya kubokunda mübarizəni dayandıran Madrid klubu La Liqada 3-cü pillədə qərarlaşıb.
# 640
avatar

Oxşar yazılar