[b]Tibb müəssisələrinin akkreditasiyası aparılacaq[/b]
11 mart 2019 19:09 (UTC +04:00)

[b]Tibb müəssisələrinin akkreditasiyası aparılacaq[/b]

Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib. İnnovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsil tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. bu kimi məsələlər iclasın gündəliyinə daxil edilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
 
Xəbərə görə, iclasda səhiyyə nazirinin müavini Rahim Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev , Səhiyyə Nazirliyinin “Tibbi Yardımın Təşkili” şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövuzlara dair məruzələrlə çıxış ediblər.
 
 
Oqtay Seyidbəyovun sədrliyi ilə keçən iclasda innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası Elmi-Tibbi Şura tərəfindən müsbət qiymətləndirilib.
 
 
Eləcə də İctimai Səhiyyə və İslahar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.
# 569
avatar

Oxşar yazılar